Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:20

“ABŞ daha ticarətdə sui-istifadəyə dözməyəcək”


Donald Trump APEC sammitində

Birləşmiş Ştatlar daha ticarətdə xroniki sui-istifadəyə dözməyəcək və ədalətli və bərabər ticarət siyasətində təkid edəcək. Bunu ABŞ prezidenti Donald Trump Asiya-Sakit Okean ticarət sammitində deyib.

“Biz daha Birləşmiş Ştatların hesabına kiminsə qazanmasına imkan verməyəcəyik. Mən həmişə Amerikanı birinci yerə qoyacağam”, – Trump noyabrın 10-da Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatında bildirib.

Birləşmiş Ştatların Çinlə Yaponiyayla ticarətində böyük qeyri-tarazlıq var. Trump Asiyaya 11 günlük səfəri çərçivəsində Yaponiyaya da baş çəkib.

Asiyayla ABŞ arasında ticarət balansına yenidən baxılması məsələsi Trump-ın “Amerika First” (Amerika Birincidir) siyasətinin mərkəzində durur. O, həmin siyasətinin ABŞ-da fəhlələri qoruyacağını bildirir.

Trump əvvəllər Çini Amerikadan iş yerlərini oğurlamaqda ittiham edib.

APEC Sakit Okean regionundan 21 ölkəni birləşdirir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG