Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:45

İjevskdə ölənlərin sayı 6-ya çatıb


İjevskdə dağılmış bina

Rusiyanın qərbindəki İjevsk şəhərində binanın girişinin dağılması nəticəsində ölənlərin sayı 6-ya çatıb, onlardan ikisi uşaqdır.

Daha iki nəfərin axtarıldığı bildirilir.

Xəstəxanaya aparılan 3 yeniyetmədən ikisini artıq evə buraxıblar.

İjevskdə doqquzmərtəbəli yaşayış binasının giriş hissəsi noyabrın 9-da axşam dağılıb. Binada 32 mənzilin dağıldığı bildirilir.

İlkin versiya kimi hadisəyə məişət qazsızmasının səbəb olduğu bildirilir.

“Interfax” agentliyinin məlumatına görə, yuxarı mərtəbələrdən birində avadanlığın nasazlığı səbəb ola bilər. Qaz balondan partlayış versiyası istisna olunub, çünki bina qaz təchizatı şəbəkəsinə qoşulub.

Şahidlərin sözlərinə görə, binadan bir müddət qatı duman qalxandan sonra bir küncü uçub. Bu bina 30 il öncə tikilibmiş.

Hadisəylə bağlı cinayət işi açılıb.

İjevsk Udmurtiya regionunun paytaxtıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG