Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 00:56

Kataloniya parlamentinin spikeri saxlanıb


Rusiyada Kataloniyaya dəstək aksiyası, 9 noyabr, 2017-ci il

Noyabrın 9-da İspaniya Ali Məhkəməsi Kataloniya parlamentinin beş üzvünün azadlığa buraxılması barədə qərar çıxarıb. Hakimiyyət onların regionun müstəqilik elanında rolunu araşdıracaq.

Ancaq məhkəmə parlamentin spikeri Carme Forcadell-in 150 min avro girov ödəyənədək həbsdə qalmasına qərar verib. Azadlığa buraxılan deputatların dördü hərəyə 25 min avro girov ödəməlidir, beşinci girovsuz buraxılıb.

Məhkəmə həmin deputatları qiyamla bağlı ittihamları cavablandırmağa çağırmışdı.

Oktyabrın 27-də Kataloniya parlamenti müstəqillik elan edəndən sonra İspaniya mərkəzi hakimiyyəti bölgəyə nəzarəti ələ aldı, parlament buraxıldı, yeni seçki təyin olundu.

Kataloniya hökumətinin səkkiz keçmiş üzvü və iki müstəqillikpərəst qrupun lideri hazırda həbsdədir, qiyam və separatçılıq ittihamlarıyla məhkəməsini gözləyir.

Noyabrın 8-də onların azadlığa çıxmaq üçün verdikləri apellyasiya şikayəti rədd olunub. İttihamlar təsdiqlənərsə, 30 ilədək həbsə məhkum edilə bilərlər.

Separatçıların lideri ötən həftə Belçikaya gedib. Madridsə onun qiyamçılıq ittihamlarıyla həbsi üçün beynəlxalq order çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG