Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:13

Ruslar üçün ən vacib tarixi hadisə hansıdır


Rusiyada noyabrın 7-də keçirilən nümayişdən foto

Sovet İttifaqının çöküşündən öncə 1917-ci il Bolşevik İnqilabı Rusiya təqviminin ən vacib bayramlarından sayılırdı. Noyabrın 7-də bu inqilabın 100 illiyi qeyd olundu. Sən demə, indi rusiyalıların ancaq 8 faizi bu inqilabı ölkə keçmişinin ən vacib hadisəsi sayır. İctimaiyyətin 34 faizi isə 2-ci dünya müharibəsini Rusiya tarixində önəminə görə birinci yerə qoyur.

Bunu “Pew” araşdırma mərkəzinin keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Rəy sorğusuna görə, 2-ci dünya müharibəsindən sonra ikinci yerdə SSRİ-nin dağılması gəlir, rusiyalıların 20%-i bu çöküşü son 100 ilin ən önəmli hadisəsi sayır.

*** Bunu da oxu: Böyük Oktyabr inqilabının 100 illiyidir

PUTİN AMİLİ

Hər on nəfərdən biri isə düşünür ki, 1998-ci ilin maliyyə böhranı vacib hadisədir.

Rəyi soruşulanların 25 faizi isə hesab edir ki, bu hadisələrin dördü də ölkə tarixində eyni dərəcədə əhəmiyyət daşıyır.

Rusiya tarixində hadisələrə baxış prezident Vladimir Putin-ə inam səviyyəsinə görə də dəyişir. Məsələn, Putin-in dünya səhnəsində düzgün olanı elədiyinə inananlar 2-ci dünya müharibəsini ötən əsrin ən vacib hadisəsi sayırlar, nəinki inanmayanlar (35% vs 24%). Görünür, bu, Putin-in müharibəni rus milləti üçün həlledici yerə qoymasıyla bağlıdır.

Putinə inanmayanlar içində isə 30% ön önəmli hadisə kimi Sovet İttifaqının çöküşünü görür, 2-ci dünya müharibəsini deyil.

Uyğun olaraq 2-ci dünya müharibəsinə və SSRİ-nin dağılmasına rəhbərlik etmiş Josef Stalin və Mikhail Gorbachev-in reytinqləri də kəskin fərqlənir. 2015-ci ildə keçirilmiş sorğu üzə çıxarmışdı ki, Rusiya ictimaiyyətinin 58%-i Stalin-in tarixdə böyük və əsasən müsbət rol oynadığını düşünür. Cəmi 22 faiz Gorbachev barədə bu fikirdəydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG