Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Suriyayla Nikaraqua da iqlim sazişinə qoşulur


Bonnda iqlim konfransının açılışı

Suriya 2015-ci il Paris iqlim sazişinə qoşulmağı planlaşdırır. Bunu noyabrın 7-də Suriyanın BMT iqlim danışıqlarında iştirak edən təmsilçiləri deyiblər.

Bu halda Birləşmiş Ştatlar sazişə qarşı çıxan yeganə ölkə olur.

195 ölkənin qoşulduğu paktdan Suriya və Nikaraqua kənar qalmışdı. Nikaraqua da bu yaxınlarda sənədə qoşulacağını bildirib.

Suriyanın ətraf mühit üzrə nazir müavini Wadah Katmawi Almaniyanın Bonn şəhərində keçirilən danışıqlarda deyib ki, saziş “mümkün qədər tez” imzalanacaq.

ABŞ Dövlət Departamenti altı ildir vətəndaş müharibəsi gedən Suriyanın qəfildən ətraf mühiti yada salmasına istehzayla yanaşıb.

“Suriya hökuməti havaya buraxdıqları sarıdan belə narahat olursa, əhalisini qazla zəhərləməməlidir”, – departamentin sözçüsü Heather Nauert deyib.

ABŞ-ın keçmiş prezidenti Barack Obama iqlim sazişini imzalasa da, varisi Donald Trump iyunda bildirib ki, sənəddən çıxmağı planlaşdırır. O, Obama-nın qoyduğu qaydalar nəticəsində kömür mədələrində minlərlə işin ixtisar olunmasını əsas gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG