Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:32

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 8-i və 9-u nazir bu ölkədə səfərdə olacaq. Səfər çərçivəsində E.Məmmədyarovun Efiopiya xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

E.Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına gedəcəyi də gözlənir. Onun Afrika İttifaqının sədri və komissarları ilə görüşləri planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG