Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:37

Gözəl Bayramlı da ev dustaqlığına buraxılmadı


Gözəl Bayramlı

Bu gün, noyabrın 7-si Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlıev dustaqlığına buraxmaqdan növbəti dəfə imtina edib.

Bunu AzadlıqRadiosu-na AXCP sədrinin həbsdəki müavininin vəkillərindən Əsabəli Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, bir neçə gün əvvəl G.Bayramlının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət veriblər.

G.Bayramlının vəkilləri bundan öncə iki dəfə belə vəsatətlə çıxış etmişdilər. Hər dəfə məhkəmə G.Bayramlının istintaqa təsir göstərə biləcəyi əsası ilə vəsatəti rədd etmişdi. Vəkillər bu dəfə istintaqın artıq, başa çatması səbəbi ilə vəsatətə veriblər.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

Ancaq hakim Babək Pənahovun sədrlik etfiyi məhkəmə kollegiyası vəsatəti yenə rədd edib.

Əsabəli Mustafayev məhkəmə qərarı ilə razılaşmadıqlarını, apellyasiya şikayəti veriləcəyini bildirib.

Bu gün, noyabrın 7-si həbsdəki jurnalist Əfqan Muxtarlının da ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti geri çevrilib.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

G.Bayramlının istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. İstintaq artıq bitib. Vəkillər cinayət işinin materialları ilə tanış olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG