Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:24

Trump dünyanı Pxenyana qarşı tədbir görməyə çağırır


Donald Trump mətbuat konfransında

ABŞ prezidenti Donald Trump Şimali Koreyaya xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar özünü və müttəfiqlərini qorumaqdan ötrü hərbi gücündən tam istifadəyə hazırdır. Prezident onu da əlavə edib ki, münaqişəni önləmək məqsədiylə “hərbi addımdan başqa bütün mümkün alətlərə” fokuslanıb.

“Şimali Koreya bütün dünyaya təhlükədir və ona qarşı dünya tədbir görməlidir”, – Trump noyabrın 7-də Seulda həmkarı Moon Jae-in-lə birgə mətbuat konfransında söyləyib.

“Şimali Koreyaya qurduğumuz hər şeyi hədələməyə imkan verə bilmərik”, – Trump bildirib. O, Şimali Koreyanı “düzgün olanı etməyə” çağırıb.

ABŞ prezidentinin fikrincə, “Şimali Koreyanın masaya gəlib razılaşma əldə etməsi məntiqi olardı”.

“Allaha ümid edirik ki, Birləşmiş Ştatların tam hərbi imkanlarından istifadə etməli olmayacağıq”, – prezident deyib.

Moon-un sözlərinə görə, o, Trump-la birlikdə Şimali Koreyanı “parlaq gələcək”lə təmin etməyə hazır olduqlarını dilə gətiriblər, bir şərtlə ki, ölkə nüvə və raket proqramlarından əl çəksin.

Günün bütün mövzuları

XS
SM
MD
LG