Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Kilsəyə hücum edən qayınanasına nə yazıb


Hücum törədilmiş kilsə

Texasda kilsəyə hücum edən hücumdan öncə qayınanasına hədələyici ismarıc göndəribmiş. Bunu ABŞ rəsmiləri deyirlər.

Noyabrın 5-də Suzerlend Sprinqs şəhərindəki Baptist kilsəsinə hücumda azı 26 nəfər öldürülüb. Bir nəfər kilsəyə girərək avtomat silahdan atəş açıb.

Texasın İctimai Təhlükəsizlik Departamentinin regional direktoru Freeman Martin noyabrın 6-da deyib ki, hücumun ailə münaqişəsindən qaynaqlandığı görünür.

“Bu hücum irqi motivasiyalı olmayıb, dini inanclara görə də baş verməyib”, – Martin söyləyib.

O, atəş açmış 26 yaşlı Devin Patrick Kelley-nin özünü də vurduğunu bildirib.

Hücum zamanı Kelley-nin ailə üzvləri kilsədə olmayıb.

O, daha öncə həyat yoldaşı və uşağına hücum etdiyinə görə 12 ay cəza çəkibmiş.

ABŞ qanunlarına görə, keçmiş məhkumluğu Kelley-nin silah almasını əngəlləməliydi, amma bu məhkumluq kriminal məlumat bazasına daxil edilməyibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG