Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:06

Pentaqon Səudiyyəni dəstəkləyir


Yəmənə koalisiyanın endirdiyi növbəti hava zərbəsindən sonra, 5 noyabr, 2017-ci il

Pentaqon Yəməndən qaynaqlanan insidentdə Səudiyyə Ərəbistanını dəstəkləyib. Səudiyyə İranı Yəməndəki şiə husi yaraqlılara ballistik raket verməklə “müharibə hərəkəti”ndə ittiham edib, Ər-Riyad tərəfə atılmış raketin məhz İrandan alındığı bildirib.

Pentaqonun sözçüsü Adrian Rankine-Galloway noyabrın 6-da deyib ki, Səudiyyə Ərəbistanının İranın “Yəməndəki məkrli rolunu, husi yaraqlılara təhlükəli raket verməsini aşkarlaması” alqışlanır. Onun sözlərinə görə, ABŞ Ər-Riyadı İranla regional mübarizədə dəstəkləyir.

İransa husiləri silahlandırmadığını, ballistik raketin yerli istehsal ola biləcəyini bildirib.

“Biz Səudiyyə Ərəbistanı Krallığı ilə güclü müdafiə əlaqələrini saxlayır, ümumi təhlükəsizlik prioritetləri üzərində işimizi davam etdiririk”, – Rankine-Galloway deyib.

Pentaqonun bəyanatından öncə Səudiyyəylə İran bir-birini ittiham edib, Tehran deyib ki, noyabrın 4-də baş vermiş raket hücumu Səudiyyə koalisiyasının husilərə qarşı “hərbi cinayətlər”inə cavabdır.

Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəməndəki vətəndaş müharibəsində hökuməti dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG