Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşından heroin aşkarlandığı bildirilir.
Bu barədə bu gün, noyabrın 6-sı Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
«Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə vətəndaşın düzbağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56.5 qram olan narkotik vasitə - heroin aşkar olunub», - məlumatda vurğulanır.
DGK saxlanan şəxsin adını açıqlamır. Onun və ya vəkilinin bu ittihama münasibəti hələlik bəlli deyil.