Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:07

Noyabrın 4-dək ölkə üzrə 161 min 416,23 ton pambıq tədarük olunub. Ötən gün, noyabrın 3-ü qəbul məntəqələrinə 2736,71 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsindən AzərTAC-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (22440,50 ton), Biləsuvar (20110,48 ton), Bərdə (16237,70 ton), Ağcabədi (15314,90) və Sabirabad (14570,66 ton) daxildir.

Bu il son dörd ildə birlikdə əkiləndən (116 min ha) çox – 136.3 min hektar sahədə pambıq əkilib. Pambıq sahələri, əsasən, dövlət torpaqları hesabına artırılıb. Yığımın yubanmaması və əl əməyinin azaldılmasından ötrü bu il 140 pambıqyığan kombayn alınıb.

Buna da bax: İmişlidə 'cəhənnəm yolu'nda narahatlıq

Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir və hesab edirlər ki, hökumət vəd edilən 270 min ton pambığı toplaya bilməyəcək. 2016-cı ildə Azərbaycanda pambıq əkini sahələri 51.3 min hektar olub. 89.4 min ton pambıq yığılıb.

Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, bir çox rayonlarda həkimlər, müəllimlər və məktəblilər də pambıq yığımına cəlb edilir. Rəsmi qurumlar bildirirlər ki, heç kim məcburi qaydada pambıq yığımına aparılmır.

Buna da bax: Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb [yenilənib]

Hüquqşünaslar bunu ölkə qanunvericiliyinə zidd sayırlar. Bəzi müxalif partiyalar isə bununla Azərbaycanın sovet dövrünə qayıtdığını hesab edirlər. Bir sıra müstəqil iqtisadçılar da deyirlər ki, örüş yerlərində də pambıq əkini heyvandarlığa ciddi zərbə vurub. Son ildə ölkəyə ət idxalı artıb. Onların fikrincə pambığın ölkəyə xeyrindən çox ziyanı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG