Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:27

Polis qəzetin redaksiyasına basqın edib, redaktor döyülüb


Novaya Gazeta-dan skrinşot

Rusiya mediası yazır ki, Kalininqradda polis qəzet redaksiyasına basqın edib, baş redaktoru saxlayıb. Həmkarları redaktorun bərk döyüldüyünü bildirirlər.

Rəsmilər redaktorun pul qoparma ittihamıyla saxlandığını bildirsələr də, həmkarları bunu əsassız sayır.

QANDALDA GƏTİRİLİB, XƏRƏKDƏ APARILIB

Moskvada çıxan “Novaya Gazeta”, eləcə də yerli media yazır ki, “Novyye Kolyosa”nın jurnalistləri bu xüsusi reydi və redaktorun döyülməsini başqa cür izah edirlər. Onların fikrincə, bu, qəzetin Kalininqrad rəsmilərinin və hüquq-mühafizə əməkdaşlarının yol verdiyi iddia olunan korrupsiyayla bağlı araşdırmalarıyla əlaqədardır.

Novaya Gazeta” yazır ki, noyabrın 2-də redaksiyaya basqın olunub, 5 saat ərzində axtarış aparılıb və əməkdaşlar dindirilib. Redaktorun binaya qandalda gətirildiyi, daha sonra xərəkdə çıxarıldığı və təcili yardım maşınında aparıldığı bildirilir.

Rudnikov-un döyülməsinə, hələlik, polisdən və ya FSB-dən reaksiya gəlməyib.

HƏMKARLARI İTTİHAMLA RAZI DEYİLLƏR

Regionun qubernatoru Anton Alikhanov noyabrın 2-də jurnalistlərə deyib ki, Rudnikov-un saxlanması İstintaq Komitəsinin pulqoparma ittihamıyla apardığı cinayət işiylə əlaqədardır.

Dövlətə məxsus yerli Vesti-Kaliningrad telekanalı bildirib ki, Rudnikov adamlardan “barələrində saxta və gözdənsalıcı material dərc etməmək əvəzində” pul qoparmaqda şübhəli bilinir.

“Novyye Kolyosa”-nın əməkdaşları bunu “provokasiya” adlandırır, redaktorun qəzetdə dərc olunmuş materiala cavab olaraq saxlandığını bildiriblər. Bu media orqanı Kalininqradın baş istintaq rəsmisi Viktor Lednyov-un dəbdəbəli mülkündən də yazıbmış.

Həmkarlarının sözlərinə görə, Rudnikov qəzetində dərc olunan, korrupsiyanı hədəfləyən araşdırmalarla bağlı çoxlu təhdidlər alırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG