Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:18

Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olundu


Həbs

Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanov məhkəmədə həbs olundu. Olay noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Ə.Əmiraslanov xeyli vaxt idi ki, bu məhkəmədə mühakimə olunurdu. Amma həbsdə deyildi. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.

Keçmiş bələdiyyə sədrinə CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə) və 320-ci (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham verilib. O, rəhbərlik etdiyi dövrdə Qobu bələdiyyəsinin hesabına daxil olmuş vəsaitdən 4 min manat mənimsəməkdə, müxtəlif adamlara bələdiyyənin balansında olan torpaqları satıb, sənədlərini də qaydasına salacağı haqda söz verib onları aldatmaqda suçlanır. İttihama görə, torpaq almaq istərkən aldanan vətəndaşlardan alınmış ümumi məbləğ 10 min manatdır. O biri 4 min manata gəlincə, iddia olunur ki, Əmiraslanov həmin məbləğə bələdiyyə üçün lazımi avadanlıqlar alınması haqda sənədlər hazırlayıb. Amma heç bir avadanlıq alınmayıb.

Ə.Əmiraslanov özünü təqsirli bilir. Məhkəmədə ifadəsində də demişdi ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəmək istəyir.

Prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Noyabrın 3-də keçmiş bələdiyyə sədrinə hökm oxunub. Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə Ə.Əmiraslanova 8 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG