Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Serb və alban futbolçuları qarşılaşıb


Stadiondan foto, 2 noyabr, 2017-ci il

Noyabrın 2-də Serbiyanın paytaxtı Belqradda serb və alban futbol komandaları qarşılaşıb. Partizan-la Skenderbeu futbol komandalarının qarşılaşması güclü təhlükəsizlik tədbirləri çərçivəsində keçirilib.

Hər iki komanda UEFA-nın Avropa liqasının B qrupunda oyanırlar.

Partizan Skenderbeu-nu 2-0 hesabıyla məğlub edib.

Oyuna alban azarkeşlər buraxılmayıb. UEFA onların Belqrada buraxılmamasına razılıq vermişdi.

Eyni qayda oktyabrın 19-da, ilk oyun Albaniyada keçiriləndə də tətbiq olunmuşdu, serb azarkeşlər həmin ölkəyə buraxılmamışdı.

Bu qaydaların tətbiqi üçün azarkeşlərdən bilet alarkən şəxsiyyət vəsiqəsi istənilib.

Balkanlardakı siyasi gərginlik ucbatından serb və alban idman azarkeşləri arasında da gərginlik yaşanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG