Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:15

ABŞ prezidenti Donald Trump-ın Twitter sosial şəbəkəsindəki @realdonaldtrump hesabı noyabrın 2-də qısa müddətə bağlanıb. Xəbər və sosial media şirkəti bildirib ki, hesabı işdən çıxan bir əməkdaş qapadıb və hesab 11 dəqiqə bağlı qalıb, sonradan bərpa olunub.

Trump-ın səhifəsinə girənlər qısa müddətə “Üzr istəyirik, bu səhifə mövcud deyil!” mesajını oxuyublar.

“Bunu Twitter-in müştərilərlə işləyən əməkdaşı son iş günündə edib. Hazırda tam daxili araşdırma gedir. Bunun bir daha baş verməməsinə çalışırıq”, – şirkət tvitində bildirib.

Şirkət təmsilçisi əlavə şərh verməyib.

Ağ ev də məsələni şərh etməyib.

Trump-ın Twitter-də 41,7 milyon izləyicisi var. O, Twitter-dən opponentlərinə hücum, öz siyasətinin təbliğində fəal yararlanır.

Ötən il Twitter rəhbəri Jack Dorsey-nin hesabı da oxşar şəkildə qısa müddətə qapadılmışdı, bunun daxili səhv olduğu bildirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG