Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 22:12

Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanov həbs edilib.

Oğlu Akif Tukanov da bu barədə məlumatı təsdiqləyib.

M.Tukanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

M.Tukanovun oğlu deyib ki, hazırda atasının müdafiəsinin təşkili məsələsini müzakirə edir.

Musa Tukanov Azərbaycan Karlar Cəmiyyətinin sədr müavinidir.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG