Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:27

ABŞ daha Əfqanıstandakı itkilər barədə məlumat açıqlamır


Kabildə oktyabrın 31-də də partlayış törədilib

ABŞ ordusu son səkkiz ildə ikinci dəfədir ki, əfqan ordusu və polis qüvvəsində itkilər barədə məlumat açıqlamır. Bunun Kabil hökumətinin xahişiylə edildiyi bildirilir.

Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişin (SIGAR) hesabatına görə, son altı ayda ölkədə Taliban mövqeyini gücləndirdikcə itkilər də çoxalıb.

ABŞ ordusu daha öncə əfqan ordusunun heyəti, texnikasının durumu barədə SIGAR-a məlumat verirmiş. Ancaq son hesabat hazırlanarkən bunu etməyib, əfqan hökumətinin bu məlumatları konfidensial elan etdiyini bildirib.

SIGAR rəhbəri John Sopko bu qərarı tənqid edib, bunun qurumun ölkənin bərpasına dair hesabatını əngəlləyəcəyini bildirib.

2002-ci ildən bəri ABŞ-ın Əfqanıstanda xərclədiyi 121 milyard dolların 60 faizi məhz əfqan təhlükəsizlik qüvvələrinə təlim keçilməsinə və təchizatına xərclənib.

ABŞ-ın Əfqanıstandakı qüvvələri və ya Kabil hökuməti məsələni şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG