Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Minskdə müxalifətçi Statkevich saxlanıb


Nikolay Statkevich

-

Bazar ertəsi – oktyabrın 30-da Minskdə müxalifət fəalı, prezidentliyə keçmiş namizəd Nikolay Statkevich saxlanıb. Bu haqda Azad Avropa/AzadlıqRadiosu-nun Belarus xidmətinə onun həyat yoldaşı Marina Adamovich danışıb.

Xanımının sözlərinə görə, Statkevich Belarus KGB-sinin binası önündə repressiya qurbanlarının xatirə aksiyasından bir gün sonra saxlanıb. Oktyabrın 31-də Statkevich Kiyevdə “Şərq Tərəfdaşlığı” Parlament Assambleyasının (“Avronest”) sessiyasında çıxış etməliydi.

Qeydiyyata alınmamış “Narodnaya Qromada” partiyasının lideri olan Nikolay Statkevich 2010-cu ildə Belarusda prezident seçkisinə qatılıb. O, müxalifətin aksiyası dağıdılanda həbsə atılıb.

2011-ci ilin mayında altı illik həbs cəzasına məhkum edilən müxalifətçi 2015-ci ilin avqustunda prezident Aleksandr Lukashenko tərəfindən əfv olunub. Ondan sonra müxalifətçi bir neçə dəfə saxlanıb və qısamüddətli həbs cəzaları alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG