Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:20

Kataloniyada sakitçilikdi


Barselonada müstəqillik əleyhinə nümayişdən foto, 29 oktyabr, 2017-ci il

-

Bazar ertəsi, oktyabrın 30-da Kataloniyada iş rejimi normal tempdə başlayıb, küçələrdə sakitlik olub. Bəzi separatçı siyasətçilər vətəndaş itaətsizliyinə çağırmışdılar.

Reuters” agentliyi Barselonadakı Kataloniya regional hökumətinin binası qarşısında İspaniya və separatçı Kataloniya bayraqlarının dalğalandığını xəbər verir.

PUİGDEMONT BİNANIN İÇİNDƏN FOTO PAYLAŞIB

Dövlət idarələrinin bəziləri, hələlik, yeni rəhbərlərinin əmrlərinə reaksiya verməyib. Ancaq iğtişaşların olmaması maliyyə bazarlarında rahatlıq yaradıb, səhmlər yüksəlib.

Oktyabrın 1-də keçirilmiş müstəqillik referendumundan sonra İspaniyada ciddi siyasi böhran yaranıb. Cümə günü ölkənin baş naziri Mariano Rajoy regiona birbaşa idarəçiliyi ələ alıb, separatçı hökuməti buraxıb, dekabrın 21-nə növbədənkənar seçki təyin edib.

Kataloniya administrasiyasının bəzi aparıcı üzvləri – prezident Carles Puigdemont, vitse-prezident Oriol Junqueras bu addımı qəbul etməyəcəklərini bildiriblər.

İşdən çıxarılmış liderlərin çoxu bazar ertəsi gözə çox girməməyə çalışır, mərkəzi hökumətə meydan oxumayıblar.

Puigdemont Instagram səhifəsində regional hökumət binasının içindən foto paylaşıb. Ancaq onun binaya necə girməsi görünmədiyindən fotonu başqa birinin çəkdiyini də söyləmək olar.

*** Buna da bax: Kataloniya böhranı – nə gözlənir

“DURUM NORMALDIR”

Regional nəqliyyat lideri Josep Rull Twitter-də ofisdə çalışdığı fotosunu yerləşdirib, ancaq sonradan onu binadan çıxan görüblər. İspaniyanın nəqliyyat naziri radio müsahibəsində deyib ki, Rull-a şəxsi əşyalarını toplamağa icazə veriləcək, amma işləməyə yox.

Binadan çıxan Rull deyib ki, PdeCat partiyasının iclasına getməlidir.

Regionun digər liderləri işdə görünməyiblər, ancaq əməkdaşlarının bəziləri işə çıxıblar.

İspaniyanın dövlət ittihamçısı regionda hər hansı itaətsizliklə bağlı, prezident Puigdemont və digər liderlərə qarşı şikayətləri toplayıb İspaniya Ali Məhkəməsinə təqdim etməlidir.

Buraxılan hökumətin təyin etdiyi 140 yüksəkçinli rəsmidən biri durumu “normal” adlandırıb. “Biz dövlət qulluqçuları olaraq, hər şeyin normal getməsini arzulayırıq. İşlər davam etməlidir. Gündəlik iş görülməlidir”, – keçmiş vitse-prezident Junqueras-la işləyən rəsmi deyib.

Kataloniyada 200 min dövlət qulluqçusu maaşı birbaşa regional, 100 mini isə Madrid hökumətindən alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG