Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Fikrət Hüseynli həbsindən danışdı


Fikrət Hüseynli
Fikrət Hüseynli

Oktyabrın 27-i Kiyevin Lukyanovski Rayon Məhkəməsinin qərarı ilə azad olunan Niderland vətəndaşı Fikrət Hüseynli video-açıqlama yayıb.

O, rəsmi Bakını Azərbaycandan gedib xaricidə insan hüquqlarını dəstəkləyən bütün şəxslərlə mübarizə aparmaqda ittiham edub.

Fikrət Hüseynli hakimiyyətin onunla bağlı çoxdan sifariş verdiyini iddia edib və ölkə daxilində müxtəlif böhtan kampaniyalarının aparıldığını vurğulayıb:

“Ancaq bu kampaniya yalnız mənimlə yox, Turan TV-nin fəaliyyəti, o cümlədən, müxalifətlə əlaqələrimlə bağlıdır. Bəziləri mənim jurnalist olmadığımı bildirirlər, ancaq bu yalandır. Bütün şüurlu həyatım boyu jurnalistika fəaliyyəti ilə məşğul olmuşam. Hakimiyyət məni həbs etmək üçün 200 səhifəlik ittiham hazırlayıb. Eyni zamanda, Nəsimi, Səbayel rayon məhkəmələri qərar qəbul edib. Məqsəd məni Ukraynada həbs etdirib Azərbaycana aparmaq və minimum 12 il azadlıqdan məhrum etmək idi. Əsas niyyət insanları qorxutmaqdır. Ancaq mən məhkəmədə Ukrayna dövlətinin demokratiya çağırışlarına cavab verəcəyinə inandığımı bildirdim. Təsəvvür edin ki, Ukraynada olan azərbaycanlılar səfirlikdən hər hansı sənəd almaq üçün 1 ay gözləmək məcburiyyətində qalırlar.Ancaq hökumət mənim Azərbaycana gətirilməyim üçün bütün sənədləri çox tez müddətdə hazırlamışdı. Səbəb tezliklə cəzalandırılmağım idi. Halbuki, mən Azərbaycan vətəndaşı deyiləm…”

Buna da bax: Niderland səfiri Fikrət Hüseynli ilə bağlı müraciət edib

Fikrət Hüseynlinin bildirməsinə görə, Azərbaycana gətirilməsindən ötrü, hətta ona, ondan xəbərsiz passport da düzəldiblər:

“Əgər pasport vermək istəyirsinizsə, AXCP sədri Əli Kərimliyə verin. (Ə.Kərimli ümumvətəndaş pasportunun müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildəhaqqındaqanunsuz silah gəzdirməklə bağlı cinayət işi açıldığını əsas gətirilərək, ona yeni pasport verməkdən imtina edilib. Əli Kərimli həmin ittihamı qurama sayır-AR) Ukraynada yüzlərlə azərbaycanlı var ki, hökumət bunlara yardım etmir. Ona görə bu insanlar vətənə qayıtmaq istəmirlər, bu isə hakimiyyətin apardığı siyasətin nəticəsidir. Prokurorluq mənim hesabımı araşdırır ki, nə qədər pul var. Haqqımdakı ittihamnamədə müxtəlif ölkələrigəzməyim, çox absurd ittihamlar yer alıb…”.

Fikrət Hüseynli bütün ittihamları qurama və böhtan adlandırıb. O, qarşılaşdığı durumla bağlı Avropa İnsan HüquqlarıMəhkəməsinə müraciət edəcəyini deyib.

Onun bu açıqlamalarına, hələlik, Azərbaycanın rəsmi qurumlarının münasibətini öyrənmək mümkün olmayıb.

Azərbaycan əslli jurnalist Ukraynada həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Xatırlatma

Oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsi Niderland vətəndaşı olan jurnalist Fikrət Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib.

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilirdi. Azərbaycan tərəfinin onu Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilirdi.

Bu il oktyabrın 27-siisə Kiyevin Lukyanovsk Rayon Məhkəməsi Fikrət Hüseynlinin apellyasiya şikayətini təmin edib.

Apellyasiya şikayətində onun azad edilməsi istənilib. F. Hüseynlinin azadlığa buraxılmasına Ukrayna Ali Radasının deputatı Mikola Knyajitski və vətəndaş cəmiyyəti fəalı Boris Zaxarov zamin durublar.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. O, bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Fikrət Hüseynli, mart, 2006
Fikrət Hüseynli, mart, 2006

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG