Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:30

Nazarbaev latın qrafikasına keçidlə bağlı fərman imzalayır


Qazaxların latın qrafikası

Qazaxıstan prezidenti Nursultan Nazarbaev kiril əlifbasından latına keçidlə bağlı fərman imzalayıb.

Oktyabrın 27-də prezidentin vebsaytında yerləşdirilmiş fərmanda bildirilir ki, 2025-ci ilədək latın qrafikasına mərhələli keçidi milli komissiya gerçəkləşdirəcək.

1991-ci ildən hakimiyyətdə olan Nazarbaev illərdir latın əlifbasına keçiddən danışır. O, apreldə hökumətə göstəriş verib ki, bu ilin sonunadək yeni əlifbanı hazırlasın.

Bu addım qazax mədəniyyətini önə çıxarmaq, ölkənin Rusiyadan uzaqlaşdırmaq cəhdi hesab olunur.

Qazaxıstan 80 ildir kiril əlifbasından istifadə edir.

Türkdilli Azərbaycan, Türkmənistan və Özbəkistan sovet ittifaqı dağılandan latın əlifbasına keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG