Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:19

AXCP-dən DTX-nın açıqlamasına münasibət


Nurəddin Məmmədli

«Əgər bu, həqiqətən belədirsə, o zaman Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) alqış düşür».

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib. O, Dövlət Təhlükəsizlik Xidmətinin ( DTX) Milli Şuranın oktyabrın 28-də gözlənilən mitinqində terror aktı törətmək istəyən qrupun məhv edilməsi barədə yaydığı məlumata münasibət bildirib.

Amma N.Məmmədli bununla bağlı digər mülahizələrin də olduğunu vurğulayıb. Ali Məclisin sədri həmin mülahizələrə əsasən deyib ki, kimlərinsə mitinqdə terror aktı törətmək istəməsi ağlabatan görünmür:

«Burada məqsəd mitinqdə terror ola bilməsi adı ilə insanların şüuruna qorxu yeritmək də ola bilər. Hətta kimlərinsə Milli Şuranın əleyhinə olduğunu və hətta terrordan belə çəkinməmələrini göstərmək də ola bilər».

AXCP Ali Məclisinin sədri hesab edir ki, bu daha çox hakimiyyətin xalqı qorxutmaqdan ötrü növbəti təxribatına bənzəyir.

Milli Şura oktyabrın 28-də «Talana yox» şüarı ilə aksiya keçirmək barədə paytaxt rəhbərliyinə müraciət edib. Aksiya şəhər rəhbərliyi ilə artıq razılaşdırılıb.

DTX isə oktyabrın 25-də məlumat yayaraq, Milli Şuranın mitinqində terror aktı törətmək istəyən qrupun zərərsizləşdirildiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG