Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:13

-

ABŞ prezidenti Donald Trump oktyabrın 25-də deyib ki, Rusiya Birləşmiş Ştatların Şimali Koreyanın nüvə silahlarını əlindən almaq cəhdlərini əngəlləyir, Çinsə ona kömək edir.

“Fox Business Network”a müsahibəsində Trump bildirib ki, ABŞ-ın Rusiyayla daha yaxşı münasibəti olsaydı, Şimali Koreyanın nüvə məsələsini daha asanlıqla həll etmək olardı.

“Çin bizə kömək edir, Rusiyaysa əks yolla gedir və elədiklərimizə ziyan vurur”, – Trump deyib. Onun administrasiyası digər ölkələri inandırmağa çalışır ki, Pxenyana sərt iqtisadi sanksiyalar qoymaqla ona təzyiq göstərsinlər.

Bu il Şimali Koreya bir neçə dəfə silah sınağı keçirib. Trump-la Şimali Koreya lideri Kim Jong Un-un bir-birini hədələməsi isə gərginliyi daha da artırıb.

Rusiyanın Pxenyanla münasibətləri yaxşıdır, Çinsə Şimali Koreyanın ən böyük ticarət tərəfdaşı və müttəfiqidir, bu təcrid olunmuş ölkə ticarətinin 90 faizini Çinlə həyata keçirir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra ABŞ-la münasibətləri pisləşib. Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinı müdaxilə etməsi iddiaları ortaya çıxandan durum daha da gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG