Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:26

Navalny tərəfdarlarına cəza kəsilib


Aleksei Navalny (ortada), 22 oktyabr, 2017-ci il

-

Rusiyanın Soçi məhkəməsi müxalifətçi Aleksei Navalny-ni dəstəkləyən iki fəala cəza kəsib. Məhkəmənin oktyabrın 24-də çıxardığı qərara görə, Konstantin Gudimov və Olesya Khristosenko icazəsiz aksiyaya qatılıblar və uyğun olaraq 12 və 8 sutkalıq cəza çəkəcəklər.

Prezident Vladimir Putin-in rəqibi sayılan Navalny gələn ilin martında keçiriləcək prezident seçkisinə görə kampaniya aparır. Ancaq Mərkəzi Seçki Komissiyası onun maliyyə ittihamlarıyla bağlı hökm ucbatından namizədliyini verə bilməyəcəyini bildirir. Navalny ittihamları siyasi motivli sayır.

Navalny və tərəfdarları oktyabrın 7-də Putin-in 65 illik yubileyində ölkə boyunca etirazlar keçiriblər. Kreml icazəsiz aksiyalara qatılanların cəzalandırılacağını bildirmişdi.

Putin-in seçkiyə gedəcəyi və daha altı il müddətinə ölkəni idarə edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG