Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

Serbiya müdafiə naziri ABŞ rəsmisini tənqid edir


Aleksandar Vulin (sağda) rusiyalı həmkarı Sergei Shoigu ilə Belqradda görüşərkən, 20 oktyabr, 2017-ci il

-

Serbiyanın müdafiə naziri Aleksandar Vulin ABŞ rəsmisinin dediklərini “qeyri-dost” fikirləri adlandırıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Hoyt Brian Yee demişdi ki, Belqradın Moskvayla Qərb arasında balanslaşdırma aktı davamlı deyil.

Vulin-sə oktyabrın 23-də bildirib ki, bu bəyanat “indiyədək Serbiyaya ictimai şəkildə edilən ən böyük təzyiqdir”.

“Bu bəyanatı dost, yaxud Serbiyaya, siyasətimizə, qərarlar vermək hüququmuza sayqıyla yanaşan şəxs verməyib”, – rusiyapərəst mövqeyilə seçilən nazir deyib.

Onun sözlərinə görə, “böyük dövlətlərin” nə istəməsindən asılı olmayaraq, Serbiya öz yolunu seçəcək.

Belqradda Serbiya İqtisadi Sammitində çıxış edən Yee demişdi ki, Avropa Birliyinə qoşulmaq istəyən ölkələr “bu arzularını aydın göstərməlidirlər”. “Eyni vaxtda iki stulda əyləşə bilməzsiniz, özəlliklə də onlar bir-birindən çox uzaqdırlarsa”, – o söyləyib.

Yee oktyabrın 10-da Belqradda Serbiyanın baş naziri Anna Brnabic-lə görüşüb, prezident Aleksandar Vucic-lə də görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG