Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:11

Şahinlərin ölkədən çıxarılmasına imkan vermədilər


Şahin

-

Qazaxıstan rəsmiləri bildirirlər ki, ölkədən 29 şahini çıxarmağa çalışan iki qətərli Almatı Beynəlxalq Aeroportunda saxlanıb.

Milli Təhlükəsizlik Komitəsi oktyabrın 24-də bildirib ki, Saker şahinlərini gömrük işçiləri 15 qutuda aşkarlayıblar. Qaçaqmalçılıqda şübhəli bilinən şəxslər onları Dohaya aparırmış.

Saker şahini Qazaxıstan da daxil olmaqla bir çox ölkələrdə xüsusi qorunan növ sayılır, Körfəz ölkələrində onun ovlanmasına icazə verilir.

Orta Asiyada qara bazarda bu quşun qiyməti 10 min- 15 min dollar arası dəyişir.

Saker şahini Şərqi Avropadan tutmuş, qərbi Çinədək olan ərazidə məskunlaşıb.

Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi bu quşları “kökü kəsilməkdə olan” növlərin siyahısına salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG