Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Sobchak siyasi məhbuslara azadlıq istəyir


Ksenia Sobchak mətbuat konfransında, 24 oktyabr, 2017-ci il

-

Rusiyada teleulduz və müxalifət fəalı Ksenia Sobchak hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Sobchak ötən həftə bildirib ki, gələn ilin martında prezident seçkisinə qatılacaq.

Oktyabrın 24-də Moskvada keçirdiyi mətbuat konfransında Sobchak siyasi motivlərlə saxlandıqlarını bildirdiyi şəxslər barəsində videoklip nümayiş etdirib.
Həmin şəxslər sırasında ukraynalı kinorejissor Oleh Sentsov, Yukos neft şirkətinin keçmiş təhlükəsizlik rəhbəri Aleksei Pichugin, müxalifət fəalı Dmitry Buchenkov, teatr direktoru Kirill Serebrennikov da var.

Sentsov terrorçuluq ittihamıyla 20 il, Pichugin isə qətl ittihamıyla ömürlük həbs cəzası çəkir. Buchenkov 2012-ci ildə Bolotnaya etirazında polisə hücumda təqsirləndirilir, hazırda məhkəməsi gedir, Serebrennikov isə ev dustaqlığındadır, ona qarşı mənimsəmə iddiaları araşdırılır.

35 yaşlı Sobçak seçki kampaniyası komandasını və onun rəhbəri Igor Malashenko-nu təqdim edib.

Sankt Peterburqun keçmiş merinin qızı olan Sobchak oktyabrın 19-da deyib ki, onun namizədliyi “hamıya qarşı səsverməyə” imkan verəcək.

Prezident Vladimir Putin hələlik, dördüncü müddətə prezident seçilmək üçün namizədliyi verəcəyini açıqlamayıb. Seçkiyə gedərsə, onun asanlıqla qalib gələcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG