Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Khodorkovsky boykot tərəfdarı deyil


Mikhail Khodorkovsky, arxiv fotosu

-

“Açıq Rusiya” hərəkatının rəhbəri, YUKOS neft şirkətinin keçmiş həmtəsisçisi Mikhail Khodorkovsky gələn ilin martında keçiriləcək prezident seçkisini boykot etməməyə çağırıb.
Khodorkovsky-nin fikrincə, seçkilər – böyük siyasi hadisədir, hakimiyyət zəifləyir, cəmiyyət siyasiləşir. Belə imkandan yararlanmaq lazımdır. Onun sözlərinə görə, boykot o halda səmərəli olar ki, seçicilərin böyük qismi onu dəstəkləsin və sadəcə, “daça”ya getməklə qarışdırılmasın.

Khodorkovsky hesab edir ki, 2018-ci ildə seçkini sadəcə boykot etmək adi vətəndaşı üçün öz hərəkətsizliyini əsaslandırmaq, siyasi qüvvədən ötrüsə seçicilərin laqeydliyinin “dalınca danışmaq” cəhdidir.

Khodorkovsky demokratik qüvvələrə təklif edir ki, boykot yerinə, səs yığmağa qadir bütün namizədlərin qeydiyyata alınmasına çalışsınlar. O, həmçinin etiraz səsverməsində iştirakı vacib sayır, yəni “öz hüquqlarından deyil, öncədən müəyyənləşdirilmiş qalibə səs verməkdən imtina”ya çağırır.

Daha öncə müxalifət fəal Aleksei Navalny namizədliyi qeydə alınmazsa, seçkini boykot etməyə səsləyib.

Oktyabrın 18-də isə teleulduz Kseniya Sobchak prezident seçkisinə gedəcəyini açıqlayıb. O, özünü “hamının əleyhinə” olan namizəd adlandırır.

Rusiyada prezident seçkisi 2018-ci il martın 18-də keçiriləcək. Hələlik, indiki prezident Vladimir Putin seçkiyə gedib- getməyəcəyini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG