Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:02

Bıçaqlanmış jurnalist palataya köçürülüb


Tatyana Felgenhauer, arxiv fotosu

-

“Ekho Moskvy” radiostansiyasının oktyabrın 23-də bıçaqlanmış jurnalisti Tatyana Felgenhauer əməliyyatdan sonra palataya köçürülüb. “Interfax” agentliyi yazır ki, jurnalistin durumu orta ağır dəyərləndirilir.

Oktyabrın 23-də naməlum şəxs radiostansiyasının redaksiyasına girib, jurnalisti boğazından bıçaqlayıb. O, daha sonra saxlanıb və polisə təhvil verilib.

Hücum edənin 48 yaşlı, Rusiya və İsrail vətəndaşı Boris Grits olduğu üzə çıxıb. O, dindirmə zamanı hərəkətinin səbəbini aydın izah edə bilməyib. Deyib ki, jurnalist “telepatik bağlantı vasitəsiylə” onu “təngə gətirib”. Hadisəylə bağlı “öldürməyə cəhd” maddəsiylə cinayət işi açılıb. Tezliklə həmin şəxs psixiatrik ekspertizadan keçiriləcək.

Grits-lə bir kursda oxumuş Anna Maksimova BBC-yə deyib ki, o, uzun müddət İsraildə iş tapa bilməyib. Pedaqoji institutun fizika fakültəsini bitirmiş Grits İsrail və ABŞ-da çalışıb, bu yaxınlarda Rusiyaya iş axtarmağa qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG