Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

Bu gün, oktyabrın 24-ü Bakıda İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə «Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru» mövzusunda konfransı keçirilir.

APA-nın xəbərinə görə, tədbirə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri qatılıb.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.

Nazir müavini bildirib ki, sabitlik, biznesə başlamaqdan ötrü prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması və əlverişli coğrafi mövqe Azərbaycanı cəlbedici ölkəyə çevirib. Onun deməsinə görə, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233.5 mlrd. dollar həcmində investisiya qoyulub. Bunun 111 mlrd. dollarını xarici investisiyalar təşkil edir.

XATIRLATMA

Yerli KİV-lər isə son illər bir sıra xarici şirkətlərin Azərbaycan bazarını tərk etməsindən bəhs edir. İqtisadçılar bunu 2015-ci ildə baş verən devalvasiyalardan sonra manatın iki dəfə dəyər itirməsi, iqtisadi fəallığın azalması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və korrupsiya amilləri ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG