Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Xi-nin adı və ideologiyası konstitusiya salınır


Çin Kommunist Partiyasının 19-cu qurultayı açılır, 18 oktyabr, 2017-ci il

-

Çin Kommunist Partiyası 19-cu qurultayının sonuncu günündə prezident Xi Jinping-nin adını və ölkənin qlobal rolunu gücləndirmək planını partiya konstitusiyasına salıb.

Oktyabrın 24-də gerçəkləşdirilən bu addım Xi-nin statusunu müasir Çinin əsasını qoymuş Mao Zedong və ölkə bazarlarını dünyaya açmış Deng Xiaoping səviyyəsinə qaldırır.

Partiya konstitusiyaya Xi-nin “Yeni Era üçün Çin Xüsusiyyətli Sosializm Düşüncəsi” adlı ideologiyasını daxil edib. Prezident həmin ideologiyanı 3 saatlıq çıxışında açıqlayıb, Çinin dünyadakı rolunu artırmasına, Kommunist Partiyasının nəzarəti altında bütün siyasi, iqtisadi və sosial məsələləri möhkəmləndirməsinə fokuslanır.

Mao-dan bəri ilk dəfədir ki, liderin adı və ideologiyası vəzifədə olarkən konstitusiyaya əlavə olunur. Deng-in adı 1997-ci ildən, ölümündən sonra bu sənədə salınıb.

Partiya qurultayı hər 5 ildən bir keçirilir və ölkə liderinin seçilməsində rolu var.

“İndi Xi Jiping erasıdır. Bunun əhəmiyyəti ondadır ki, o, yeni, öz erasını açıb”, – Pekindəki Renmin Universitetinin keçmiş professoru Zhang Ming Almaniyanın dpa xəbər agentliyinə söyləyib.

Partiya qurultayında Mərkəzi Komitənin yeni rəhbər qrupu da elan olunub, 205 üzvü və 171 əvəzedicisi var.

Komitənin oktyabrın 25-də Xi-nin partiya liderliyinə ikinci beşilliyə təyin edəcəyi və ölkənin əsas qərarverici orqanı olan Siyasi Büro Daimi Komitəsini seçəcəyi gözlənir.

Xi 2012-ci ildə Kommunist Partiyası rəhbərliyinə gələndən hakimiyyətini möhkəmləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG