Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:54

-

Oktyabrın 24-də Yunanıstanda Olimpiya ərazisində ənənəvi məşəlyandırma mərasimi keçiriləcək. Qış Oyunları 2018-ci ildə Cənubi Koreyada keçirilməlidir.

“Hava şəraitinin pis olacağı proqnozlaşdırılır, amma ümid edirik ki, hər şey planlaşdırıldığı kimi gedəcək”, – Məşəl Estafeti Komissiyasının sədri Thanasis Vasileiadis oktyabrın 23-də deyib.

Məşəli 2600 illik Hera Məbədi önündə yunan aktrisa Katerina Lehou-nun alovlandıracağı gözlənir.

O, daha sonra məşəli 24 yaşlı yunan atlet Apostolos Angelis-ə verəcək.

Məşəl Yunanıstanda 2 min 129 kilometr məsafədə gəzdiriləndən sonra oktyabrın 30-da Afinaya çatacaq. Ertəsi gün onun Afinada keçiriləcək mərasimdə Pxençxan 2018 Təşkilat Komitəsinə təhvil veriləcəyi planlaşdırılır.
Məşəl noyabrın 1-də Seula çatacaq və üç ay ərzində ölkə boyunca gəzdiriləcək.

Qış oyunları fevralın 9-dan 25-dək Pxençxanda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG