Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:41

ABŞ Myanma ordusuna yardımı kəsir


Banqladeş sahillərində rohinca uşaqları dəfn olunur, onlar çayı keçməyə çalışarkən qayıqda boğulublar, 9 oktyabr, 2017-ci il

-

Birləşmiş Ştatlar Myanmada müsəlman rohincalara qarşı zorakılıqda payı olan hərbi bölmələrə və zabitlərə hərbi yardımı dayandırdığını bildirib. ABŞ bu etnik azlıqla davranışa görə əlavə tədbirləri də nəzərdən keçirdiyini bəyan edib.

Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 23-də deyib ki, əlavə tədbirlər ABŞ-ın Qlobal Magnitsky qanunu çərçivəsində sanksiyalar ola bilər. Bu qanunun məqsədi insan haqları pozuntularına görə məsuliyyət daşıyanları cəzalandırmaqdır.

Departament bildirir ki, artıq Myanma ordusunun indiki və keçmiş üzvlərinə səyahətgüzəştləri qaldırılıb, şimali Raxin ştatındakı hərbi bölmələrə və ordu zabitlərinə yardım kəsilib.

“Raxin ştatında son hadisələrdən dərin narahatlığımızı bildiririk... Bu zorakılıq və vəhşiliklər üçün məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunmalıdır”, – departamentin sözçüsü deyib.

Son həftələr Raxin ştatından qonşu Banqladeşə 400 mindən çox rohinca müsəlmanı qaçıb. Ordu rohinca yaraqlılarının hücumlarına qarşı əks-tədbirlər gördüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG