Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:27

‘Azadlıq’ın jurnalistinin məhkəməsi başlayır


Ziya Əsədli

"Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır.

Bu haqda Şirvan Apellyasiya Məhkəməsindən bildiriblər.

Xuliqanlıqda ittiham edilmiş jurnalistin apellyasiya şikayəti hakim Rafiq Cəfərovun icraatına verilib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində oktyabrın 30-u baxılmalıdır.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Jurnalistin müdafiəçiləri onun barəsindəki hökmü qanunsuz hesab edirlər.

Jurnalistin vəkili Elçin Sadıqov bu günlərdə müdafiə etdiyi şəxs ilə görüşdükdən sonra AzadlıqRadiosu-na bildirmişdi ki, ikinci qrup əlil olan jurnalistin işi quramadır.

“Ziya Əsədli bildirdi ki, həbs olunması üçün əsas gətirilən hadisə başdan ayağa qurama olub, onu şərləyiblər”, – vəkil söyləmişdi.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Xatırlatma

”Azadlıq” qəzeti-nin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Onun vəkilinə deməsinə görə, bu il aprelin 19-da Biləsuvarda döyülüb. O, döyülməsi barədə “102 xidməti”nə məlumat da verib. Hadisə çayxanada baş verib. Jurnalist onu çayçı işləyən şəxsin döydüyünü deyir. Ziya Əsədlinin bildirməsinə görə, həmin şəxs hadisədən dərhal sonra polis idarəsinə gedib və ondan şikayətçi olub.

Çayçı məhkəmədə də deyib ki, o, jurnalistin fiziki zorakılığı ilə üzləşib. Bununla belə şahidlərin sözlərinə görə, sonra da əlavə edib ki, jurnalistin həbsini istəmir.

Vəkilin deməsinə görə, Ziya Əsədli həbsinə səbəb kimi ”Azadlıq” qəzeti ilə əməkdaşlıq etməsini göstərir. Jurnalistin bildirməsinə görə, əks halda istintaq və məhkəmədə onun dedikləri əsas götürülürdü.

“Bu ilin aprelində Biləsuvarda sakinlər etiraz aksiyası keçiriblər. Onlar Bakı-Astara yolunu bağlayıblar. Ziya Əsədli deyir ki, həmin aksiyadan reportaj hazırlayıb yayması rayon rəhbərliyində xüsusi narazılıq yaradıb. Həmin hadisədən sonra da jurnalistin həbs edilməsi ilə nəticələnən insident baş verib”.

Jurnalistin bu açıqlamasına, hələlik, Biləsuvar rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG