Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Moskva İraq kürdlərini Bağdadla əməkdaşlığa çağırır


Ərbil yaxınlığından görüntü, 16 oktyabr, 2017-ci il
Ərbil yaxınlığından görüntü, 16 oktyabr, 2017-ci il

-

Moskva İraq kürdlərinin öz milli mənsubiyyətlərini təsdiqlətmək istəyinə sayqıyla yanaşır, amma bu, Bağdaddakı federal hökumətlə “dialoq” çərçivəsində gerçəkləşməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov oktyabrın 23-də deyib.

İraq Kürdüstanı ötən ay müstəqillik referendumu keçirəndən sonra bu muxtar regionun Bağdadla münasibətləri pisləşib.

Lavrov Moskvada İraqın xarici işlər naziri Ibrahim al-Jaafari ilə görüşdən sonra deyib ki, İraq hökumətiylə dialoq kürdlərin milli mənsubiyyətini gücləndirmək istəyini reallaşdırmağın ən düzgün yolu olar və bununla da regionda əlavə sabitsizliK mənbələri yaranmaz.

Lavrov onu da deyib ki, Rusiya kürd regionuyla İraqın digər hissələriylə olduğu kimi, iqtisadi əlaqələri saxlayacaq.

ƏRBİLDƏ KONSULLUQ DA QALACAQ

Rusiyanın dövlətə məxsus Rosneft şirkəti oktyabrın 20-də bildirib ki, İraq Kürdüstanından əsas neft ixracı kəmərində nəzarət paketinin alınmasıyla bağlı razılığa gəlib.

Lavrov Rusiyanın İraq Kürdüstanının əsas şəhəri olan Ərbildə konsulluğunu bağlamadığını da vurğulayıb. Ancaq bu missiya Bağdaddakı Rusiya səfirliyinə tabedir.

Lavrov (sağda) iraqlı həmkarılyla mətbuat konfransında, 23 oktyabr, 2017-ci il
Lavrov (sağda) iraqlı həmkarılyla mətbuat konfransında, 23 oktyabr, 2017-ci il

Lavrov-un sözlərinə görə, Moskvayla Bağdad arasında əməkdaşlığın “gələcək inkişafına yaxşı əsas var”, özəlliklə də enerji və müdafiə sahələrində.

Jaafari “Rusiyadakı dostlarımız və strateji tərəfdaşlarımızla” münasibətlərin güclənəcəyinə ümid etdiyini dilə gətirib.

Sentyabrın 25-də keçirilən referendumda kürdlərin əksəriyyəti müstəqilliyi dəstəkləyib, amma mərkəzi hökumət bu səsverməni qanunsuz adlandırıb.

Referendumdan sonra İraq hökumət qüvvələri və şiə döyüşçülər ölkənin şimalında kürd peşmərgələrinin əlində olan mübahisəli əraziləri tutublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG