Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 06:57

Balakəndə xurma festivalı keçiriləcək


Xurma

Bu il noyabrın 4-də Balakən rayonunda ilk dəfə «Beynəlxalq xurma festivalı» başlayacaq.

Festivalda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qurumların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulur. Festivalda xurmadan hazırlanan geniş çeşiddə məhsullar nümayiş olunacaq.

Bu barədə AZƏRTAC-a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Festivalın 2 gün davam edəcəyi bildirilir.

XATIRLATMA

Xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 800 hektardan çoxdur. Ötən il bu bağlardan 14 min 392 ton xurma əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG