Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Türk musiqiçilər Bakıdan baş götürüb, qaçmalı oldu


Türk musiqiçilər
Türk musiqiçilər

Berk Talay və Özkan Boz Türkiyə vətəndaşlarıdır. Musiqiçilərdir.

İndiyə qədər bir neçə ölkədə olublar. Küçələrdə həm sənətlərini, ustalıqlarını nümayiş etdirirlər, həm də pul qazanırlar. Qazandıqları pul yol, yemək və qalmaq xərclərinə güclə çatır. Ancaq deyirlər ki, əsas məqsədləri pul qazanmaq deyil, sənətlərini göstərməkdir.

Bildirdiklərinə görə, indiyədək getdikləri ölkələrdə heç zaman polislə problemləri olmayıb. Ən pis halda polis yaxınlaşıb, deyib ki, burda musiqi çalmaq olmaz. Onlar da başqa yerə gediblər.

Türk musiqiçilər: "Polis dedi ki, bura Azərbaycandır..."
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Amma Azərbaycanda problemləri yaranıb. Polis onlara küçədə musiqi çalmağı qadağan edib. Daha dəqiq deyilsə, onların sözlərinə görə, polis onların qarşısına şərt qoyub: ya qazandıqlarının yarlsını polisə verməlidirlər, ya da inzibati qaydada 15 sutka həbs olunacaqlar. Onlar Bakıda elə 15 gün qalmağı planlaşdırırdılar, ancaq polisin bu şərti onları 3 gün sonra Bakını tərk etmək qəraraını verməyə vadar edib. Həm qazancları çox deyil, həm də bu cür şərtləri sevmirlər.

Bildirirlər ki, onlara ən çox təsir edən polisin onların qazancına göz dikməsidir.

Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin rəisi Ehsan Zahidovsa bu deyilənləri inandırıcı saymır. Onun sözlərinə görə, "bu musiqçilərin dedikləri inandırcı və səmimi deyil, ona görə, şərh vermək istəmir."

“Dünyanın izindəki səslər”- bu, onların həm şüarı, həm də qruplarının adıdır. Bu adla dünyaya çıxıb, küçələrdə musiqi çalırlar.

Onlar Almaniyada küçədə musiqi ifa ediblər. Gürcüstanda küçələrdə onlara qulaq asıblar. Bəzən kiçik kafe-barlarda çalıb-oxuyublar. Ancaq dediklərinə görə heç bir ölkədə Azərbaycandakı kimi maneələrlə qarşılaşmayıblar.

Türk musiqiqçilər artıq Azərbaycanı tərk ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG