Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Yaponiyada Abe koalisiyası qalib gəlir


Shinzo Abe, 23 oktyabr, 2017-ci il
Shinzo Abe, 23 oktyabr, 2017-ci il

-

Yaponiyada oktyabrın 22-də keçirilmiş ümumi seçkinin ilkin qeyri-rəsmi nəticələrinə görə, baş nazir Shinzo Abe-nin hakim koalisiyası qələbə qazanıb.

Hakim koalisiyanın parlamentin 465 yerlik aşağı palatasında 312 yeri qazandığı bildirilir.

Yekun nəticələrin oktyabrın 23-də axşam saatlarında açıqlanacağı gözlənir.

Təsdiqlənərsə, bu böyük qələbə Abe-nin gələn sentyabrda daha üç illiyə Liberal Demokratik Partiyanın lideri seçilmək, 2021-ci ilədək baş nazir qalmaq şanslarını artırır.

2012-ci ildə hakimiyyətə gələn Abe seçkini bir il tez keçirib.

Onun hakim koalisiyası parlamentin yuxarı palatasında üçdə iki çoxluğa malikdir, aşağı palatada isə mövqeyi daha zəif idi.

XS
SM
MD
LG