Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Bəzi rayonlarda yağış gözlənir


Yağış

Oktyabrın 24-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir.

Səhər və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı bildirilir. Gecə 9-14, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG