Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:23

AzadlıqRadiosu-nun prezidenti: ‘Həqiqət dəyişməyib’


AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent
AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent

-

“The New York Times” qəzeti AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent-in məktubunu dərc edib. Cənab Kent qəzetdə oktyabrın 14-də Kenneth Osgood-un “Mərkəzi Kəşfiyyat Agentliyinin Saxta Xəbərləri” başlıqlı məqaləsinə etiraz edir. Həmin məqalədə bu gün Birləşmiş Ştatlarda yayılmış “saxta xəbərlər”lə AzadlıqRadiosu-nun soyuq müharibə dövründə Şərqi və Mərkəzi Avropada xəbərləmə işi arasında əlaqənin olduğu iddia edilirdi.

Sözügedən məqalədə müəllif iddia edir ki, Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) AzadlıqRadiosu-nu yaradaraq ondan Dəmir Pərdə arxasındakı kommunist hökumətlərinin zəiflədilməsində istifadə edib.

“MİSSİYAMIZ HƏMİŞƏKİ KİMİ VACİBDİR”

“Azad Avropa Radiosu-nun missiyası sovet senzurasına məruz qalan cəmiyyətlərdə həqiqətləri xəbərləmək idi. Bu radionun formal olaraq, üzdə “şərqi avropalılar üçün qərəzsiz xəbər hazırladığını” iddia etmək bizim ortaya qoyduğumuz real jurnalistikanı göstərmir, bizim verilişlərə töhfəsini vermiş, yaxud onlara qulaq asmış şəxslərə qarşı dövlət səviyyəsində, sənədləşdirilmiş təqibi gözardı etmiş olur.

Bizim xəbər və informasiyaların yayımlandığı radio siqnalı izləyicilər böyük risk bahasına tapırdılar. Niyyətlərimiz şəffaf, proqramların məramı izləyicilərimizə aydın idi: Birləşmiş Ştatlar, onun xalqı və demokratiya və insan haqlarna əzəli öhdəliyi.

Biz radio günlərindən bəri uzun yol gəlmişik, indi onlarla sosial şəbəkədə və televiziyada proqramlarımız var, Əfqanıstan, Pakistan, İran, keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələrində hər həftə 26 milyon istifadəçiylə bağlantı qururuq.

Ancaq həqiqət dəyişməyib. Dəqiq və müstəqil jurnalistika missiyamız həmişəki kimi vacib olaraq qalır”, – Thomas Kent yazır.

*** Buna da bax: AzadlıqRadiosu Azərbaycan hökumətini Avropa Məhkəməsinə verir

AzadlıqRadiosu-nun Azərbaycan Xidməti özünün internet, peyk, “Facebook”, “YouTube”, “Instagram” və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir.

AzadlıqRadiosu bu yaxınlarda Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG