Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Tillerson İraqdakı iranlı yaraqlılara çağırış etdi


Rex Tillerson Ər-Riyadda ABŞ səfirliyində, 22 oktyabr, 2017-ci il
Rex Tillerson Ər-Riyadda ABŞ səfirliyində, 22 oktyabr, 2017-ci il

-

ABŞ dövlət katibi Rex Tillerson deyir ki, İraqda İslam Dövləti (İŞİD) ekstremist qrupunu məğlub etməyə kömək göstərmiş iranlı döyüşçülərin “evinə dönməsinin, İraq xalqına nəzarəti ələ almaq imkanı verməsinin” vaxtı gəlib.

“İraqdakı iranlı yaraqlılar evlərinə dönməlidirlər”, – Tillerson oktyabrın 22-də Yaxın Şərqə səfəri zamanı deyib. Tillerson Pakistan və Hindistana planlaşdırılan səfərindən öncə Qətərə baş çəkib, Ər-Riyadda isə Səudiyyə və İraq rəsmilərinin nadir goruşlərindən birinə qatılıb.

Körfəz səfəri prezident Donald Trump administrasiyasının Yaxın Şərqdə İranı təcrid etmək cəhdinin bir hissəsidir.

Səudiyyə-İraq Koordinasiya Şurasının ilk toplantısı da ABŞ-ın təşəbbüsüylə baş tutub. Şuraya İraqın baş naziri Haidar al-Abadi və Səudiyyə kralı Salman rəhbərlik edir.

Sünnilərin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı və şiə çoxluqlu İraq 1990-cı ildə münasibətləri kəsib, o zaman İraq Küveyti işğal etmişdi.

İranın dəstəklədiyi yaraqlılarsa İŞİD-çilərin İraqdan çıxarılmasında böyük rol oynayıb.

XS
SM
MD
LG