Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:30

Kosovoda mer seçkilərinin ikinci raundu keçiriləcək


Shpend Ahmeti səs verir, 22 oktyabr, 2017-ci il
Shpend Ahmeti səs verir, 22 oktyabr, 2017-ci il

-

Kosovoda bələdiyyə seçkilərinin ilkin nəticələri göstərib ki, böyük şəhərlərdə merin kim olacağı ikinci raundda bilinəcək.

Paytaxt Priştinada seçki məntəqələrinin 47 faizində bülletenlər artıq sayılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı mer Shpend Ahmeti səslərin 43,84 faizini toplayıb. O, Vetevendosje hərəkatını (VV) təmsil edir. Nəticələr təsdiqlənərsə, Ahmeti gələn ay Kosovo Demokratik Liqasından (LDK) Arban Abrashi ilə yenidən mübarizə aparmalı olacaq. Abrashi səslərin 36,37 faizini toplaya bilib.

İlkin nəticələr bir sıra digər şəhərlərdə də seçkinin ikinci raundunun keçiriləcəyəni göstərir.

MSK seçici fəallığının 43,79 faiz olduğunu bildirib.

XS
SM
MD
LG