Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:31

Bakıdan Şirvan şəhərinə göndərilən məhkumlardan ikisinin qaçdığı bildirilir.

APA-nın xəbərinə görə, həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılarkən qaçıblar.

Qatar Biləcəri stansiyasında dayananda, onlardan ikisinin qaçmağa nail olduğu bildirilir.

Agentliyin xəbərinə görə, onlar narkotik və xuliqanlıq məqsədilə adam öldürməkdə günahlandırılırlar.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Qaçan məhbuslarla bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) də məhkumların qaçması haqqında məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryol qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətirilən Etibar Ələkbər oğlu Məmmədov Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhkumlardan birincisinin 37, ikincisinin isə 28 yaşlarında olduğu bildirilir.

«Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində müvafiq məlumatlar təqdim edilib. Faktla bağlı Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır. Axtarış tədbirləri davam etdirilir», - məlumatda vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG