Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:52

Yasamalda minaatan mərmi aşkarlanıb


Mina axtarılması (arxiv fotosu)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 21-də Bakı şəhərində keçirilən əməliyyat barədə məlumat yayıb.

ANAMA-dan yayılan məlumata görə, Fövqəladə Hallar nazirliyindən onlara Bakı şəhəri, Yasamal rayonu ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

“Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər həmin ərazidə “Royal Park” yaşayış massivinə baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar edilib. Mərmi Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb”, - məlumatda vurğulanıb.

Buna da bax: Mina partlayışlarında 523 nəfər həlak olub

Məlumatda bildirilir ki, aşkar olunan minaatan mərmisinin ətrafında 60 kv/m əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG