Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:28

İlham Əliyev: 'Azərbaycanda savadlılıq 100 faizə yaxındır'


İlham Əliyev inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) görüşündə, 20okt2017

“Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb. 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

President.az saytının xəbərinə görə, Azərbaycan dövlət başçısı İlham Əliyev inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) oktyabrın 20-də İstanbulda keçirilən IX zirvə görüşündəki çıxışında belə deyib.

Ölkə başçısı münaqişənin nizamlanması ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri sənədlərin icra edilməməsindən bəhs edib:

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

“Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.

Azərbaycanın İslam həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bildirən prezident ölkə paytaxtında bu il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən danışıb.

İ.Əliyev müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edən Azərbaycanın qısa müddət ərzində uğurlu inkişaf yolu keçdiyini vurğulayıb. O, deyib ki, Azərbaycan iqtisadiyyatı 2004-cü ildən 3 dəfədən çox artıb:

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)

“2 milyona yaxın iş yeri açılıb. Yoxsulluq 5 faizə düşüb. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır”.

XATIRLATMA

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya «Böyük iyirmilər»in (G-20) üzvüdür. Onun fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

D-8 1997-ci ildə yaradılıb.

Oktyabrın 20-də İstanbulda D-8-in «Əməkdaşlıq yolu ilə imkanları artırmaq» devizi altında IX zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev də Türkiyə dövlət başçısı Recep Tayyip Erdoğan-ın dəvəti ilə xüsusi qonaq qismində zirvə görüşündə iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG