Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:30

Cinayət qanunvericiliyinə dəyişikliklər keçdi


Milli Məclis (arxiv fotosu)

Milli Məclis prezident İlham Əliyevin cinayət qanunvericiliyinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsini bəyənib. Həmin qərar parlamentin bu gün, oktyabrın 20-də keçirilən iclasında verilib.

Bir çox dəyişikliklər Cinayət Məcəlləsini və Cinayət-Prosessual Məcəlləsini əhatə edir.

Bəzi maddələr qanunvericilikdən çıxarılır. Əsasən, mülkiyyət əleyhinə ehtiyatsızlıqla törədilən cinayətlərə görə, cinayət məsuliyyəti ləğv olunur.

Cinayət Məcəlləsinə yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.

Dəyişikliklər həmçinin, bəzi cinayət əməllərinin kateqoriyasının dəyişdirilməsini nəzərdə tutur.

Buna da bax:​ Sahibkarlıq cinayəti ilə bağlı maddələr ‘zənginləşdirilir’

Bir müddət öncə prezident İlham Əliyev Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi göndərmişdi.

Paketdə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulurdu.

Paktin tam mətni açıqlanmamışdı. Ancaq deputatların açıqlamalarında bildirilirdi ki, Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə 70-dən, Cinayət Prosessual Məcəlləsinə isə 25-dən çox dəyişiklik təklif olunur.

Təkliflərdən ən çox müzakirə ediləni Cinayət Məcəlləsinə yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzasının daxil edilməsi ilə bağlı idi. Azadlığın məhdudlaşdırılması məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında tutulmasını nəzərdə tutur.

Bu cəza növü 2011-ci ilədək Azərbaycanda tətbiq edilirdi. Ölkə parlamenti 6 il əvvəl azadlığın məhdudlaşdırılması cəzasını ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG