Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Sepp Blatter 2018-ci il dünya çempionatına gedəcək


Sepp Blatter və Vladimir Putin

Futbol fəaliyyətindən kənarlaşdırılmış keçmiş FİFA prezidenti Sepp Blatter 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.

Bu barədə oktyabrın 20-də France-Press agentliyi məlumat yayıb.

Qeyd edək ki, FİFA-nın Arbitiraj palatası 2015-ci ilin dekabrında 81 yaşlı Blatteri futbol fəaliyyətindən 8 il kənarlaşdırıb.

Buna səbəb FİFA ətrafında baş verən korrupsiya qalmaqalı olub.

Blatter əsasən 2011-ci ildə həmin vaxt UEFA prezidenti olan Michel Platininin hesabına qanunsuz yolla 2 milyon isveçrə frankı köçürməkdə şübhəli bilinir.

Amma bir qədər sonra 8 illik qadağa 6 ilə endirilib.

Qadağaya əsasən Blatter futbol oyunlarına yalnız adi azarkeş kimi bilet alıb gedə bilər.

Blatterin dediyinə görə onu çempionata Rusiya presidenti Vladimir Putin dəvət edib.

“Mən Rusiyada keçiriləcək dünya çempionatına gedəcəm, president Putindən dəvət almışam”,Blatter deyib.

Sepp Blatter
Sepp Blatter

Blatterin sözlərinə görə eyni qalmaqala görə futbol fəaliyyətindən 4 il kənarlaşdırılmış Michel Platini də Purindən dəvət alıb.

Amma Platininin yaxın ətrafından olan biri bu məlumatı təkzib edib.

Kremlin sözçüsü Dimitry Peskov deyib ki, Blatterlə Putini göhnə dostluq münasibətləri birləşdirir.

Blatter 1998 ildən 2015-ci ilədək FİFA prezidenti olub.

2018-ci il futbol üzrə dünya çempionatı Rusiyada iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Oyunlar Sankt-Peterbur, Kalininqrad, Volqaqrad, Kazan, Nijni Novqorod, Samara,Saransk, Rastov, Yekatrinburq və Soçidə keçiriləcək.

Bu Rusiyanın tarixində ilk futbol üzrə ilk dünya çempionatı olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG