Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

Oktyabrın 20 və 21-də Çexiyada parlamentin aşağı palatasına seçkilər keçirilir.

İctimai rəy sorularına görə keçmiş maliyyə naziri və multimilyarder Andrei Babish-in sağmərkəzçi ANO hərəkatının qələbəyə şansı daha çoxdur.

İkinci yerdə isə sosisl-demokratlar-indiki hakim koalisiyanın aparıcı partiyası gəlir.

Ümumilikdə isə parlamentə 10 partiya düşə bilər.

Onların arasında Çexiyanın Avropa Birliyi və NATO-nun üzvü olmasına qarşı çıxanlar, Tomio Okamuronun başçılıq etdiyi millətçilər və kommunistlər də var.

Andrei Babish Avropa Birliyini tənqid edir, xüsusilə də onun miqrasiya siyasətini, amma Çexiyanın Avropa Birliyindən çıxmasını dəstəkləmir.

Bir çox siyasətçilər hesab edir ki, Babish maliyyə fırıldaqçılığı ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunduğundan baş nazirliyə uyğun deyil.

Babishi keçmiş sosialist Çexoslavakiyası dövründə məxfi polislə əməkdaşlıqda da ittiham edirlər.

Amma buna baxmayaraq, president Milan Milos ANO hərəkatının qalib gələcəyi halda onu baş nazir təyin edəcəyini söz verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG