Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:35

Xüsusi poçt rabitəsi olacaq


Poçta

«Poçt haqqında» Qanunda dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün, oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib.

Layihəyə əsasən, xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilib. Habelə layihədə bu xidmətin vəzifələri və fəaliyyət sahəsi tənzimlənir.

Sənəddə yazılır ki, xüsusi poçt rabitəsi xidməti «Dövlət sirri haqqında» Qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli kağızların, başqa göndərişlərinin qəbulunu və sahiblərinə çatdırılmasını həyata keçirir.

Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını və yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

XATIRLATMA

Son vaxtlar poçt xidmətində məktubların itməsi ilə bağlı tez-tez şikayətlər eşidilir. Xüsusilə vəkillər siyasi məsələlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin itməsindən gileylənirlər. Dəyişiklərin bu məsələlərə təsir edib-etməyəcəyi aydın deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG